Avropada təbii qazın qiymətində ucuzlaşma gözlənilir | Banco.az

Avropada təbii qazın qiymətində ucuzlaşma gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropada çənlərin dolu olması səbəbindən təbii qaz qiymətlərində azalma gözlənilir.

Banco.az xəbər verir ki, Qaz İxrac Edən Ölkələr Forumu (GECF) tərəfindən dərc edilən aylıq bazar qiymətləndirmə hesabatından tərtib edilən məlumatlara görə, Avropa 2023-2024 qış mövsümünə təbii qaz çənləri 99 faiz dolu halda başlayıb.

Avropada anbarlarda nəzərdə tutulandan 25 milyard kubmetr çox qaz olması və qışda cəmi 42 milyard kubmetr təbii qazın çənlərdən çıxarılması ötən 10 ilin ikinci ən aşağı istifadəsi olaraq qeydə alınıb. Bu vəziyyətə son 12 ilin ən isti qışının da təsiri olub.

Məlumata görə, çənlərdən çıxarılan qazın miqdarı az olduğundan qış mövsümünün sonunda çəndəki qaz ehtiyatının həcmi 61 milyard kubmetrə çatıb.

“Gas Infrastructure Europe” məlumatlarına görə, Avropanın təbii qaz çənlərində doluluq nisbəti hazırda 62 faiz təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Anbarlarında doluluq nisbəti 50 faizdən aşağı olan ölkələr Bolqarıstan, Xorvatiya, Fransa, Latviya və Polşadır. Aİ üzvü olmayan Ukraynanın anbarlarında isə doluluq 12 faiz təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et