Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilib | Banco.az

Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilib

"Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Yaz Toplantılarında iştirak çərçivəsində təşkilatın Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika regionu üzrə prezidenti Endryu Torre ilə görüşdük".

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

O bildirib ki, görüş zamanı Azərbaycan Mərkəzi Bank ilə Visa arasında mövcud əməkdaşlıq və gələcək fəaliyyət imkanları müzakirə edilib.

"Həmçinin ödəniş sektorunda innovasiyaların təşviqi istiqamətində Visa ilə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi apardıq", - deyə T.Kazımov vurğulayıb.

apa

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et