Azərbaycanda yük və sərnişin daşımaları artıb | Banco.az

Azərbaycanda yük və sərnişin daşımaları artıb

2024-cü ilin yanvar-mart ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,7 faiz və 6,9 faiz artıb.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Belə ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 54,6 milyon ton yük daşınıb. Yüklərin 3,5 faizi dəniz, 8,2 faizi dəmir yolu, 0,2 faizi hava, 55,7 faizi avtomobil nəqliyyatı, 32,4 faizi isə boru kəməri ilə daşınıb. Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi 5,3 faiz artıb, daşınan yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 76,4 faiz təşkil edib.

2024-cü ilin yanvar-mart aylarında nəqliyyatçılar 452,9 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,6 faizi avtomobil nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et