Bitkoinin qiyməti nə vaxt yüksələcək? | Banco.az

Bitkoinin qiyməti nə vaxt yüksələcək?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“FED  cari ilin iyul aylarında faiz dərəcəsini endirərsə, qərar bazarda dolların likvidinə birbaşa təsir edəcəkdir. Bu zaman bazarda artan dollar kütləsi  bitkoin və digər riskli aktivlərin qiymətini yüksəldə bilər”.


 

Bu açıqlamanı Banco.az-a kriptovalyuta üzrə ekspert Elnur Quliyev edib. O bildirib ki, hazırda kriptovalyuta bazarında enişə doğru gedişat müşahidə edilsə də, 2024 -2025-ci ildə qiymətlərin yenidən artımını müşahidə edəcəyik. E.Quliyev hesab edir ki, hazırda kriptovalyuta bazarında “Spot bitcoin ETF” diqqət mərkəzindədir: 

“Cari ilin yanvar ayında  SEC (ing. Securities and Exchange Commission – Qiymətli Kağızlar və Mübadilə Komissiyası) – “Spot bitcoin ETF”ni təsdiq etdi. Bu o deməkdir ki, artıq kriptovalyuta  üzrə şirkətlər, iri korporativ firmalar və investisiya fondları birbaşa bitkoini almadan onun qiymətinin dəyişməsində qazana biləcək. Yəni, onlar ənənəvi bazardan kriptobazara keçid imkanı əldə edirlər, bu da  kifayət qədər ciddi kapital axını sayılır.Nəticədə kriptobazarda kifayət qədər canlanmanın şahidi olduq. Ehtimal edirəm ki, kriptovalyuta sektorunda real “buğa dövrü” FRS-in uçot faiz dərəcəsini endirməsindən sonra başlayacaq”. 

Ən sərfəli kredit üçün müraciət et

Cari ilin aprel ayında gözlənilən hər dörd ildən bir baş verən “bitcoin halving” hadisəsi barədə danışan ekspert qeyd edib ki, bu zaman bazara daxil olan “bitcoin” kütləsi kəskin azalır:

“Normalda hər blok üçün 6.25  bitkoin mükafatı verilirdisə artıq bu 3.25-yə düşəcəkdir.Bu da təbii ki, bazara təklifləri azaltmaqla bərabər, qiymətlərin qalxmasına təsir edəcəkdir.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et