Bu ölkə birnəfərlik elektrik təyyarələrinin tədarükünə başlayacaq | Banco.az

Bu ölkə birnəfərlik elektrik təyyarələrinin tədarükünə başlayacaq

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ  pilot lisenziyası tələb olunmayan uçuşlar üçün tək oturacaqlı “Helix” təyyarələrinin tədarükünə başlayacaq.

Banco.az xəbər verir ki, elektrikli təyyarənin qiyməti 190 min dollardan başlayır. Təyyarə “ultra yüngül” kateqoriyasına aid olduğu üçün pilot lisenziyası tələb olunmur.

Məlumata görə, elektrik təyyarə şaquli olaraq qalxır və enir, sürəti 100 km/saata qədər çatır və bir dəfə doldurulmaqla 32 kilometrə qədər uça bilir. Bununla belə, onu hava limanlarının və ya insanların sıx olduğu yerlərin yaxınlığından uçurmaq olmaz.

Qeyd edək ki, “Helix”in ilk kommersiya satışı 2023-cü ilin oktyabrında baş tutub. İlk dörd istehsal edilmiş elektrik təyyarəsi və iki uçuş simulyatoru 2024-cü ilin fevralında ABŞ Hərbi Hava Qüvvələrinin Tədqiqat Laboratoriyasına (ARFL) göndərilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et