Dünyada bərpa olunan enerjinin payı ilk dəfə 30 faizi ötüb | Banco.az

Dünyada bərpa olunan enerjinin payı ilk dəfə 30 faizi ötüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən il bərpa olunan enerji mənbələrinin qlobal elektrik enerjisi istehsalında payı ilk dəfə 30 faizi ötüb.

Banco.az xəbər verir ki, Londonda yerləşən enerji analitik mərkəzi “Ember”in “Qlobal Elektrik Monitorinqi Hesabat”ı dərc olunub.

Hesabat qlobal elektrik tələbatının 92 faizini təşkil edən 80 ölkənin elektrik enerjisi istehsalı məlumatlarını əhatə edir.

Hesabatda qeyd olunub ki, ötən il dünyada elektrik enerjisinə tələbat rekord həddə - 29,5 teravatt/saata çatıb. Qlobal elektrik tələbatı, xüsusilə inkişaf etmiş ölkələrdə istehlakın azalması səbəbindən ötən il 2,2 faizlik zəif artım tendensiyası nümayiş etdirib.

Bu dövrdə Eeektrik enerjisinə olan tələbatı ödəmək üçün ən sürətlə artan istehsal mənbələri günəş və külək enerjisi olub. Ötən il qlobal elektrik enerjisi istehsalının 5,5 faizi günəş enerjisindən, 7,8 faizi isə külək enerjisindən əldə edilib.

Elektrik enerjisi istehsalında illik ən çox artım 23,2 faizlə günəş enerjisində olub. Günəş enerjisi 19 ildir ki, dünyanın ən sürətlə böyüyən elektrik enerjisi mənbəyi kimi mövqeyini qoruyub saxlayır.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda qeyd olunur ki, 2023-cü ildə dünya elektrik enerjisi istehsalında bioenerji mənbələrinin 2,4 faiz payı olduğu halda, digər bərpa olunan enerji mənbələri ilə birlikdə qlobal elektrik enerjisi istehsalında bərpa olunan enerjinin ümumi payı ilk dəfə olaraq 30 faizi ötüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et