"Intel" çip istehsalı üçün yapon şirkətlərlə əməkdaşlığa başlayıb | Banco.az

"Intel" çip istehsalı üçün yapon şirkətlərlə əməkdaşlığa başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Intel” şirkəti çip istehsalı üçün 14 Yaponiya şirkəti ilə əməkdaşlığa başlayıb.

Banco.az xəbər verir ki, ABŞ-ın aparıcı çip istehsalçısı “Intel Corp.” yarımkeçiricilərin istehsalının avtomatlaşdırılmasının hərtərəfli yeni üsullarını hazırlamaq üçün 14 Yaponiya şirkəti ilə əməkdaşlıq edib.

Yaponiya və ABŞ-da yerləşən istehsalçılar yarımkeçirici çip tədarük zəncirlərini gücləndirmək məqsədi ilə əməkdaşlıq imkanlarını artırmağa çalışırlar. Bu məqsədlə, “Intel” və 14 uapon şirkəti paytaxt Tokioda yerləşən "Yarımkeçiricilər Assambleyasının Sınaq Avtomatlaşdırılması və Standartlaşdırması Tədqiqat Dərnəyi"ni (SATAS) yaradıb.

“SATAS”ın bəyanatına görə, “Intel”in yapon bölməsini və 14 yerli yapon şirkətini birləşdirən assosiasiya çip istehsal prosesində avtomatlaşdırma və standartlaşdırma məqsədi daşıyır.

Ən sərfəli kredit üçün müraciət et

Bu şirkətlər çiplərin qablaşdırılması, yığılması və sınaqdan keçirilməsi kimi tanınan “backend prosesləri”ndə prosedurları avtomatlaşdıracaqlar.

Xatırladaq ki, 2028-ci ilə qədər avtomatlaşdırma texnologiyalarının tətbiqi nəzərdə tutulur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et