"iPhone 16" seriyanın diqqətçəkən təfərrüatı bəlli olub | Banco.az

"iPhone 16" seriyanın diqqətçəkən təfərrüatı bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple” şirkəti “iPhone 16” smartfonu ilə süni intellekt dövrünə qədəm qoyur?

Banco.az xəbər verir ki, öz əməliyyat sistemi ilə istifadəçilərə təqdim edilən “iPhone” smartfonlarının dünyada yüz milyonlarla istifadəçisi var və şirkət hər il yeni modelini təqdim edir.

“Apple”ın yeni “iPhone 16” modellərini bu ilin sentyabr ayında təqdim edəcəyi gözlənilir. İndiyə qədər “iPhone 16” seriyası haqqında çox az təfərrüat olsa da, yeni seriyanın ultra sürətli süni intellekt performansı təklif edə bilmə ehtimalı var.

Belə ki, yeni modellərdə süni intellektlə dəstəklənən “Siri”nin olacağı bildirilir. Başqa sözlə, “Siri” daha mürəkkəb rəqəmsal köməkçiyə çevrilir.

Ən sərfəli kredit üçün müraciət et

Bu o deməkdir ki, “Siri” “iPhone 16”ya daha yaxşı suya davamlılıq və təkmilləşdirilmiş siqnal-səs nisbəti ilə yenilənmiş mikrofonlar da daxil olmaqla yeni avadanlıq sistemi gətirəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et