İsveç Mərkəzi Bankı 8 ildən sonra ilk dəfə faiz dərəcəsini aşağı salıb | Banco.az

İsveç Mərkəzi Bankı 8 ildən sonra ilk dəfə faiz dərəcəsini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveç Mərkəzi Bankı 2016-cı ildən bəri ilk dəfə olaraq uçot dərəcəsini azaldıb.

Banco.az xəbər verir ki, İsveç Mərkəzi Bankı durğunluqdan təsirlənən ölkə iqtisadiyyatının nəfəs alması üçün Avropa Mərkəzi Bankından (ECB) əvvəl hərəkətə keçərək səkkiz il sonra ilk dəfə faiz dərəcəsini aşağı salıb.

Belə ki, mərkəzi bank uçot dərəcəsini 25 baza bəndi azaldaraq 3,75 faizə endirib.

Qərar mətnində ilin ikinci yarısında faiz dərəcələrinin daha iki dəfə azaldıla biləcəyinin siqnalı verilib.

Qeyd edək ki, bu addım İsveç Mərkəzi Bankını inkişaf etmiş ölkələr arasında İsveçrə Milli Bankının ardınca pandemiyadan sonra monetar yumşaltma tətbiq edən ikinci mərkəzi banka çevirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et