Sabit məzənnə dolları dəyərsizləşdirir? | Banco.az

Sabit məzənnə dolları dəyərsizləşdirir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

"Milli valyutanın məzənnəsinin inzibati qaydada sabit tutulması, dönərli valyutalar qarşısında real dəyər qazana bilməməsi idxaldan asılı ölkələr üçün cəlbedici görünür. Səbəb odur ki, daha ucuz idxal yoxsulluğun miqyasının genişlənməsinə imkan vermir”.

Banco.az xəbər verir ki, bu fikirləri iqtisadçı Rövşən Ağayev deyib.

İqtisadçı qeyd edib ki,  bu şəraitdə ev təsərrüfatlarının, biznesin itkiləri həddən artıq böyük olur:

“Bu zaman dollar əsaslı yatırımlar, istehlak və xidmət səbətləri də kəskin dəyər itirir. Məsələn, məzənnənin sabit tutulduğu 2016-2024-cü illərdə hətta yetərincə etibarlı sayılmayan yaşayış minimunun dəyəri dollar ifadəsində 2 dəfə artıb, 80 dollardan 160 dollara qədər yüksəlib. Bu o deməkdir ki, vətəndaşın sandıqda saxladığı 10 min dolların alıcılıq qabiliyyəti ötən 8 ildə 2 dəfə azalıb”. 

Ekspert qeyd edib ki, bu müqayisə əsasən istehlak qiymətləri indeksinə əsaslanır. 

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçı onu da əlavə edib ki, ötən dövrdə sənaye, aqrar və xidmət seqmenti üzrə istehsalçı qiymət indekslərinin artım tempi  daha yüksək olub:

“Hətta bu vəsaiti vətəndaş sandıqda tutmayıb depozit kimi bankda saxlasaydı belə, hazırkı valyuta depozitləri üzrə faizlələrlə (1-1,5%) yığımı dollar əsaslı inflyasiyadan maksimum 10-12%-lik intervalda qoruya bilərdi”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et