Son vaxtların marketinq trendi ASMR nədir? | Banco.az

Son vaxtların marketinq trendi ASMR nədir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

ASMR yəni Avtonom Sensory Meridian Response  son illərin marketinq trendinə çevrilib.

Bu qısaca olaraq insanın müəyyən görüntülərə baxarkən və ya müəyyən səsləri dinləyərkən yaşadığı rahatlıq hissidir.  

Banco.az bu haqqda olan maraqlı detalları təqdim edir:

Son illər  ASMR adlanan bu audio növü "YouTube" istifadəçiləri tərəfindən geniş istifadə edilməkdədir. 2022-ci ildə Ipsos sorğusu zamanı müəyyən edilib ki, "Z" nəslinin 83%-i  YouTube-da  bu tip sakitləşdirici məzmunlara baxmağı xoşlayır. Təkcə 2021-ci ildə YouTube-da ASMR ilə əlaqəli videolar 65 milyarddan çox baxış toplayıb.2024-cü ilin yanvar ayına olan məlumata görə, ən çox baxılan ASMR videosu 477 milyon baxışa malikdir.
Ən məşhur ASMR kontentlərinə yemək yeyilən zaman çəkilən videolar aiddir. “Mukbang” adlanan bu videoların mövzusu mikrafon qarşısında yedikləri yeməklərin səslərini çıxarmaqdan ibarətdir.

Xüsusilə marketinq və kommunikasiya ilə bağlı iş görən şirkətlər, "Z" nəslinin  bu marağını nəzərə alaraq ASMR-dən reklam məqsədi ilə geniş istifadə edirlər.
Bir çox tanınmış brendlər reklam təqdimatlarında ASMR-i daha canlı etmək üçün müəyyən səslər və ya vizual elementlərdən istifadə edirlər.
"KFC" şirkəti  bu tendensiyanı məhsulu ilə əlaqələndirən ilk brend olub. Şirkətin CMO-su Kevin Hochman bildirib ki, hazırkı gənc nəsil sensor audio təcrübəsini sevib və həvəslə baxdığı üçün marketinqi bu istiqamətə yönəltmək yaxşı ideya olub. O hesab edir ki, bu layihə brendin inkişafına da töhfə verib.
BMW şirkəti də ASMR tipli avtomobil yuma videosunu paylaşaraq böyük auditoriyanın diqqətini cəlb edib.
Ekspertlər isə düşünür ki, ASMR-ə maraq olsa da, o bütün bütün auditoriyaları cəlb etməyə bilər. ASMR elementlərini marketinqə daxil edən zaman , şirkətin istiqamət verən strategiyalarının tətbiqi də vacibdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et