Lombard Kreditləri üzrə Kiçik Mütəxəssis/Mütəxəssis | Banco.az

Lombard Kreditləri üzrə Kiçik Mütəxəssis/Mütəxəssis

Vakansiya haqqında məlumat: 

“City finance” Bank Olmayan Kredit Təşkilatı MMC Lombard Kreditləri üzrə Kiçik Mütəxəssis/Mütəxəssis vakansiyasını elan edir.

Hansı özəlliklərə malik olmalıdır?

  • 21-29 yaş aralığı;
  • Əla səviyyədə azərbaycan dili (Rus dili biliyi üstünlükdür);
  • Yüksək səviyyədə riyazi biliklər və analitik qabiliyyət;
  • Yüksək ünsiyyət qurma və müştəriyönümlülük;
  • Komandada işləmək bacarığı;
  • MS Excel üzrə biliklər.

Lombard Kreditləri üzrə Kiçik Mütəxəssis/Mütəxəssis nə iş görür?

  • Mütəmadi olaraq aktiv marketinq təbliğatı həyata keçirmək;
  • Potensial müştərilərin axtarışı və cəlb edilməsi;
  • Müştəri müraciətlərini qəbul edilməsi, qeydiyyatını və müəyyən edilmiş hesabatını aparılması;
  • Kreditləşmə üzrə müvafiq sənədləşmənin həyata keçirilməsi;
  • Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;
  • Şirkət məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq.

Əlavə məlumat

  • 5 günlük iş qrafiki: 09:00 – 18:00
  • Əmək haqqı- 400 AZN + bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Lombard Kreditləri üzrə Kiçik Mütəxəssis/Mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Şirkət: 
“City finance”

Ən sərfəli krediti almaq üçün müraciət et