Mikro kreditlər üzrə böyük mütəxəssis (Bərdə, Xaçmaz, Mingəçevir, Gəncə filialları üzrə) | Banco.az
Expressbank

Mikro kreditlər üzrə böyük mütəxəssis (Bərdə, Xaçmaz, Mingəçevir, Gəncə filialları üzrə)

Vakansiya haqqında məlumat: 

Təsvir

  • Kredit bazarını təhlil edir sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb edir;
  • Mikro kreditlər üzrə sifarişləri qəbul edir, kreditləri bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədləri toplayır;
  • Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirir;
  • Kredit memorandumunu tərtib edir və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim edir;
  • Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa  təqdim edir;
  • Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin edir;
  • Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsi istiqamətində tədbirlər görür;
  • Kreditin təyinatı üzrə xərclənməsi, borcalanın maliyyə vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə mütəmadi monitorinq keçirir;
  • İH təsdiq etdiyi aylıq satış planlarını yerinə yetirir;
  • Mikro kredit sahəsi üzrə təcrübəçilərin hazırlanmasında iştirak edir;
  • Mikro kredit sahəsi üzrə yeni cəlb edilmiş kredit işçilərinin banka uyğunlaşmasında birbaşa dəstək verir.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi;
  • Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;
  • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
  • Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Müraciət üçün daxil olun

Ən sərfəli krediti almaq üçün müraciət et