Azərbaycan ilə Portuqaliyanın ticarət dövriyyəsi 64% artıb | Banco.az

Azərbaycan ilə Portuqaliyanın ticarət dövriyyəsi 64% artıb

Bu ilin I rübündə Azərbaycan ilə Portuqaliyanın ticarət dövriyyəsi 107 milyon 881 min ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 64% və ya 42 milyon ABŞ dolları artıb. Belə ki, ötən ilin müvafiq dövründə Azərbaycan ilə Portuqaliyanın ticarət dövriyyəsi 65 milyon 793 min ABŞ dolları olub.

Hesabat dövründə Azərbaycandan Portuqaliyaya ixracın həcmi 66% artaraq 104 milyon 135 min ABŞ dolları, Portuqaliyadan Azərbaycana ixracın həcmi isə 29.6% artaraq 3 milyon 746 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Portuqaliya ilə ticarət dövriyyəsi Azərbaycan ümumi ticarət dövriyyəsinin 1.11%-ni təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin I rübündə Azərbaycanın ümumi ticarət dövriyyəsi 9 milyard 695 milyon ABŞ dolları, qeyri-neft ixracı isə 673 milyon 709 min ABŞ dolları təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et