Azərbaycan İsrailə 621 milyon dollarlıq neft ixrac edib | Banco.az

Azərbaycan İsrailə 621 milyon dollarlıq neft ixrac edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

İsrail bu ilin yanvar-mart aylarında Azərbaycandan 621 milyon 83 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 175 milyon 401 min dollar və ya 39.4% çoxdur. 

Hesabat dövründə İsrailin idxal etdiyi neftin həcmi isə illik müqayisədə 43.8% artaraq 1 milyon 21 min tona çatıb. 

Qeyd edək ki, bu dövrdə İsrail Azərbaycanın xam neft ixrac etdiyi ikinci ölkə olub. Hesabat ayları ərzində iki ölkə arasındakı ticarət dövriyyəsinin dəyəri isə 632 milyon 178 min dollara bərabər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et