Bu mərkəzi bank uçot dərəcəsini 1000 baza bəndi aşağı salıb | Banco.az

Bu mərkəzi bank uçot dərəcəsini 1000 baza bəndi aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Argentina Mərkəzi Bankı faiz dərəcəsini aşağı salıb.

Banco.az xəbər verir ki, Argentina Mərkəzi Bankının bəyanatında uçot dərəcəsinin azaldılmasına qərar verildiyi bildirilib.

Belə ki, mərkəzi bank faiz dərəcəsini 1000 baza bəndi azaldaraq 50 faizə endirib.

Sözügedən qərarın inflyasiya proqnozlarının sürətli tənzimlənməsinə, maliyyə dayağının gücləndirilməsinə və bu rübdə Xəzinədarlığın xarici ödənişlərində mövsümiliyin yaratdığı daraldıcı monetar təsirə əsaslandığı bildirilib.

Qeyd edək ki, Argentina Mərkəzi Bankı (BCRA) bununla da 3 həftə ərzində üçüncü dəfə faiz dərəcələrini aşağı salır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et