Bu ölkədə dünyanın ilk sıfır emissiya oteli açılacaq | Banco.az

Bu ölkədə dünyanın ilk sıfır emissiya oteli açılacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Sinqapurun “Çangi” hava limanında dünyanın ilk sıfır emissiya hava limanı oteli olan “Hotel Indigo Changi Airport”, eləcə də analoji konsepsiyanın ilk oteli açılacaq.

Banco.az xəbər verir ki, açılış 2028-ci ildə planlaşdırılır. Yeni 255 otaqlı oteldə damda gündüz klubu, bar və hovuz tikiləcək. Burada uçuş-enmə zolağına, şəhər mənzərəsinə və “Jewel” kompleksinə panoramik mənzərələr təqdim olunacaq.

Layihənin başqa bir fərqləndirici xüsusiyyəti “Floating Forest” ("üzən meşə"), yeddi mərtəbəli tropik meşə və binanın fasadından asılmış epifitlərdir (havadan nəm alan bitkilər).

Bundan əlavə, otelin qonaqları “Hotel Indigo”nun əsas qrupu olan “IHG Hotels and Resorts”un loyallıq proqramından yararlana biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, oteldə zərərli emissiyaların sıfır səviyyəsinə günəş panelləri, hibrid soyutma sistemləri, təbii havalandırma dəhlizləri və yağış suyu toplama texnologiyası ilə nail olunacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et