"ChatGPT"nin rəqibi "Anthropic" ödənişsiz olacaq | Banco.az

"ChatGPT"nin rəqibi "Anthropic" ödənişsiz olacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

"ChatGPT"nin rəqibi "Anthropic" iOS-da ödənişsiz proqram kimi əlçatan olacaq.

Banco.az xəbər verir ki, "ChatGPT"nin rəqibi olan "Anthropic"ə indi yalnız vebsaytdan deyil, həm də tətbiqlərdən daxil olmaq mümkün olacaq.

Süni intellekt haqqında danışarkən ağla gələn ilk model "ChatGPT" olsa da, "OpenAI"nin "ChatGPT"si generativ süni intellekt oyununda yeganə oyunçu deyil. Belə ki, keçmiş "OpenAI" tədqiqatçıları tərəfindən yaradılmış tədqiqat qrupu "Anthropic" hazırda "ChatGPT"nin ən iddialı rəqibidir. 

Çatbot modeli, yeni mətn yaratma xüsusiyyəti, tərcümə və şəkilləri təhlil etmək kimi xüsusiyyətlərə sahib olan "Anthropic" indi də iOS-da pulsuz proqram olaraq istifadəyə veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Claude" uzun formalı məzmun yaratmaqda faktiki dəqiqliyə diqqət yetirməsi və "ChatGPT"dən daha az dezinformasiya ehtiva etməsi ilə fərqlənir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et