Norveç fevral ayında təbii qaz hasilatını illik 4% artırıb | Banco.az

Norveç fevral ayında təbii qaz hasilatını illik 4% artırıb

Müəllif: Fərid İslamov/Banco.az

Norveç Dəniz Müdirliyinin (NOD) ilkin məlumatlarına görə, 2024-cü ilin fevral ayında Norveçdə təbii qaz hasilatı illik müqayisədə 4% artaraq 10,37 milyard kubmetrə çatıb.

Yenilənmiş hesablamalara görə, yanvarda hasilatın həcmi 11,76 milyard kubmetr olub, yəni bir ay ərzində 11,8% azalıb. NOD keçən ay hasilatı 10,65 milyard kubmetr səviyyəsində proqnozlaşdırmışdı.

Norveç fevral ayında neft, kondensat və təbii qaz mayelərinin hasilatını illik ifadədə 3% - sutkada 2,064 milyon barelə (b/d) qədər artırıb. Yanvar ayı ilə müqayisədə 0,3% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin neft hasilatı yanvarda orta hesabla sutkada 1,832 milyon barel olub ki, bu da yanvarla müqayisədə 0,3% və 2023-cü ilin eyni ayındakı hasilatdan 3,2% çoxdur. NOD bu rəqəmi 1,778 milyon barel/gün səviyyəsində proqnozlaşdırmışdı.

Yanvar-fevral aylarında Norveçdə karbohidrogen hasilatının ümumi həcmi, ilkin hesablamalara görə, neft ekvivalenti 41,9 milyon kubmetrə yaxın, o cümlədən 17,5 milyon kubmetr neft və 22,1 milyon kubmetr təbii qaz təşkil edib. Ümumi hasilat 2 milyon kubmetr neft ekvivalenti olub. hesabatda qeyd olunur ki, ötən ilin eyni dövrü ilə müqayisədə daha çoxdur.

 

Ən sərfəli krediti almaq üçün müraciət et