Norveç Ukraynaya əlavə 630 milyon dollar ayrılacaq | Banco.az

Norveç Ukraynaya əlavə 630 milyon dollar ayrılacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Bu il Norveç hökuməti Ukraynaya krallığın büdcəsindən 7 milyard kron (632 milyon dollar) dəyərində əlavə yardım göndərəcək.

Banco.az xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Stör bildirib.

Baş nazirin sözlərinə görə, ayrılan məbləğdən 6 milyard kron (540 milyon dollar) ölkəyə hərbi yardım göstərmək üçün nəzərdə tutulub. Pulun qalan hissəsi humanitar və vətəndaş proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək.

Qeyd edək ki, beləliklə, Norveç hökumətinin bu il Ukraynaya yardım üçün ayırdığı ümumi məbləğ 22 milyard krona (1,98 milyard dollar) çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et