Danimarka Ukraynaya hərbi yardımını artıracaq | Banco.az

Danimarka Ukraynaya hərbi yardımını artıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Danimarka hakimiyyəti bu il Ukraynaya hərbi yardımı 630,5 milyon dollar artırmaq niyyətindədir.

Banco.az xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Troels Lund Poulsen məlumat verib.

Belə ki,Danimarka hökuməti Ukraynaya hərbi yardımı 4,4 milyard kron (təxminən 629 milyon dollar) artırmaq qərarına gəlib. Beləliklə, 2028-ci ilə qədər yardımın ümumi məbləği 64,8 milyard kron (9,26 milyard dollar) təşkil edəcək. 

Xatırladaq ki, ötən həftə Krallığın Müdafiə Nazirliyi Kopenhagen və Kiyev arasında müdafiə-sənaye əməkdaşlığını genişləndirmək üçün hökumətin Ukraynaya 2,2 milyard kron (313,7 milyon dollar) dəyərində 17-ci yardım paketini təsdiqlədiyini açıqlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et